Şirvanda 3 otaqlı ev yanıb

26-03-2025, 01:45 - Hadisə

Şirvan şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət dam örtüyü 40 m² sahədə yanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.