Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlandı

1-04-2025, 10:50 - Hadisə

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşlar 2 avtomat silahı, 1 tapança, 2 patron darağı və 38 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər.

Qaradağ rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 avtomat silahı tapılaraq götürülüb.

Araşdırmalar aparılır.