Abşeronda market ərazisində yanğın olub

2-04-2025, 09:00 - Hadisə

Abşeron rayonunda yanğın baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Saray qəsəbəsində market ərazisində 1 ədəd elektrik tənzimləyicisi yanıb. Market yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.