Xaçmazda ikimərtəbəli ev yanıb

3-04-2025, 09:16 - Hadisə

Xaçmazda ikimərtəbəli ev yanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonunun Həsənqala kəndində ümumi sahəsi 250 m² olan kürsülü ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.