Dünən ölkə ərazisində 14 qumbara tapılıb - DİN

3-04-2025, 10:30 - Hadisə

Aprelin 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 14 qumbara, 13 tüfəng, 10 patron darağı və 1693 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq, götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.