Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlandı

4-04-2025, 11:29 - Hadisə

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxt sakini olan bir nəfər 1 avtomat silahı, 1 patron darağı və 4 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

Binəqədi rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.