Mingəçevirdə ev və avtomobil yanıb

14-04-2025, 09:40 - Hadisə

Mingəçevirdə ev və avtomobil yanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mingəçevir şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin və hamam otağının lambirdən ibarət tavanı 18 m² sahədə, bitişik ümumi sahəsi 18 m² olan talvarın yanar konstruksiyaları və altında dayanan “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.