İlk üç ayda dəm qazından zəhərlənənlərin sayı açıqlandı

15-04-2025, 07:30 - Hadisə

2025-ci ilin ilk üç ayı ərzində dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 33 nəfər qəbul edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.

"Həkimlərin səylərinə baxmayaraq onlardan 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb", - deyə o əlavə edib.

Qeyd edək ki, 2024-cü il ərzində isə dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 83 nəfər qəbul edilib.