Oğuzda ferma yanıb

21-04-2025, 10:05 - Hadisə

Oğuz rayonunun Yaqublu kəndində ümumi sahəsi 500 m² olan fermanın dam örtüyünün taxta atmaları 250 m² sahədə və içərisində 1 ədəd avadanlıq yanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindəın məlumat verilib.

Bildirilib ki, fermanın qalan hissəsi yanğından mühafizə olunub.

"Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda qeyd edilib.