Ötən gün paytaxt və rayonlarda qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

26-04-2025, 10:55 - Hadisə

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 3 tüfəng, 1 patron darağı və 407 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.