Həftəsonu paytaxt və rayonlarda qanunsuz silah-sursat aşkarlanıb

28-04-2025, 10:55 - Hadisə

Aprelin 26-da və 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 7 qumbara, 4 alışdırıcı, 4 tüfəng 859 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əlavə edilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.