Xırdalanda yaşayış binasında yanğın olub

20-05-2025, 01:00 - Hadisə

Abşeron rayonun Xırdalan şəhərində doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin eyvanında məişət tullantıları 8 m² sahədə yanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.