Bakıda yaşayış binasında yanğın olub

23-05-2025, 01:00 - Hadisə

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 43 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı yanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.