Bakıda təkər bazarında yanğın olub

3-06-2025, 07:00 - Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda təkər bazarı adlanan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Bildirilib ki, baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.