Şərurda dağlıq ərazidə yanğın olub

3-08-2025, 17:24 - Hadisə

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində dağlıq ərazidə 25 ha quru otluq sahə yanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.