Qaradağda 9 mərtəbəli yaşayış binasında yanğın olub

13-08-2025, 09:45 - Hadisə

Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və 2 paq.m mebel yanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

"Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",- deyə əlavə edilib.