Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb

4-09-2025, 08:40 - Hadisə

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki,Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.