Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, idarəetməni itirən yük maşını körpüdən avtomobillərin üzərinə aşıb.
Qəza nəticəsində yaralananların olduğu bildirilir.
xxx
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.