"Bakı metropoliteni"ndə tüstülənmə olub.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.
"Nizami" - "28 May" tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib və dərhal dispetçer mərkəzinə məlumat verib. "Bakı Metropoliteni"nin normativ tələblərinə uyğun olaraq dərhal yüksək gərginlik çıxarılıb, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumuna məlumat verilərək yanğınsöndürmə qrupu dəvət edilib.
"Nizami stansiyası" sərnişinlərin girişinə bağlanıb.
Tüstülənmənin mənbəyi dərhal müəyyən olunub. İşıqlanma kabelində tüstülənmənin qarşısı dərhal alınıb.
Bununla bağlı sərnişinlərin və hərəkət təhlükəsizliyi ilə bağlı hər hansı bir neqativ hal yaşanmayıb. 25 dəqiqədən sonra qatarların hərəkəti bərpa edilib", - o bildirib.
B.Məmmədovun sözlərinə görə, problem aradan qaldırıldıqdan sonra "Nizami" stansiyası sərnişinlərin girişinə açılıb.