Ağdərədə yük maşını aşıb: sürücü ağır xəsarət alıb

6-11-2025, 09:30 - Hadisə

Ağdərədə yük maşını aşıb sürücü ağır xəsarət alıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Canyataq kəndi ərazisində qeydə alınıb.

Belə ki, "HOWO" markalı yük maşının aşması nəticəsində sürücü, 1976-cı il təvəllüdlü Tağıyev Elşən Zirəddin oğlu oğlu ağır xəsarət alıb.

Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır