FHN çayın dərəsində köməksiz vəziyyətdə qalan vətəndaşı xilas edib

18-11-2025, 08:30 - Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayının dərəsinə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1964-cü il təvəllüdlü Novruzov Mənsud Vahid oğlu körpünün üzərindən keçərkən ehtiyatsızlıqdan 20m hündürlükdən Gəncə çayının dərəsinə yıxılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çaydan çıxarıb xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.