Sabirabad rayonunda yanğın qeydə alınıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, rayonun Cəngan kəndində ümumi sahəsi 65 m² olan birmərtəbəli iki otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.