Bakıda Neft Emalı Zavodu yanır

18-06-2026, 09:10 - Hadisə

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın başlayıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında qeyd olunub.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.