Bakıda üçmərtəbəli ev yanıb

15-12-2024, 05:30 - Hadisə

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 432 m² olan üçmərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində sahəsi 70 m² olan saunanın divar üzlüyü 4 m² sahədə yanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yüksək temperaturdan saunanın plastikdən ibarət qapısı və alkopandan ibarət tavanı 20 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.