Qanunsuz saxlanılan silah-sursat aşkar olunub

15-01-2025, 10:30 - Hadisə

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 8 qumbara, 5 alışdırıcı, 17 tüfəng, 13 patron darağı və 3934 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.