Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub

24-01-2025, 10:55 - Hadisə

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 qumbara, 2 alışdırıcı, 16 tüfəng və 82 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.