Cəlilabadda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

15-02-2025, 09:40 - Hadisə

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 5 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürülüb.
Qeyd edilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.