Ucarda açıq ərazidə yanğın olub

7-03-2025, 08:30 - Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Təzə Şilyan kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir və Ucar rayon Yanğından Mühafizə hissələrinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində kol-kos və qamışlıq sahədə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən ərazidə yerləşən kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 15ha sahədə kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər və kommunikasiya xətləri yanğından mühafizə olunub.