Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb - DİN

14-03-2025, 09:40 - Hadisə

Martın 13-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 144, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.