Cəbrayılda 80 hektar ərazi yanıb

17-03-2025, 09:56 - Hadisə

Gecə saatlarında Cəbrayılda baş verən yanğın zamanı 80 hektar ərazi yanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, yanğın rayonun iki kəndi - Aşağı Maralyan və Şükürbəyli ərazisində baş verib.

Hadisə yerinə çağrılan FHN-nin Cəbrayıl, Qubadlı, Zəngilan və Füzuli rayon yanğınsöndürən əməkdaşları yanğını 02:30 radələrində söndürüb.

Yanğının başvermə səbəbi araşdırılır.

Qeyd edək ki, dünən Cəbrayıl rayonunda boş ərazidə güclü yanğın başlamışdı.