Bakıda birmərtəbəli evdə yanğın olub

20-03-2025, 05:30 - Hadisə

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.