Mbappe ardıcıl 4 “El Klassiko”da qol vuran üçüncü futbolçu olub

27-10-2025, 06:30 - İdman

La Liqanın X turunda bu gün keçirilən “Real Madrid” – “Barselona” matçının ilk hissəsində Kilian Mbappe hesabı açıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fransa millisinin hücumçusu bununla XXI əsrdə ardıcıl dörd “El Klassiko”da qol vuran üçüncü futbolçu olub.

Bu göstəriciyə qədər bu uğura yalnız Ronaldinyo və Kriştiano Ronaldo nail olublar.

Qeyd edək ki, qarşılaşma 2:1 hesabı ilə “Real Madrid”in qələbəsi ilə başa çatıb.