“Qarabağ” bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start verir

18-02-2026, 09:05 - İdman

Bu gün Qarabağ UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Görüşü norveçli referi Espen Eskos idarə edəcək.
Xatırladaq ki, cavab qarşılaşması fevralın 24-də İngiltərədə baş tutacaq.

21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)