Paraqvay Almaniya millisini məğlub edib - DÇ-2026

30-06-2026, 06:00 - İdman

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, futbol üzrə dünya çempionatında Paraqvay Almaniyanı məğlub edib.

Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf olmayıb – 1:1.

Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) fərqləniblər.

Əlavə hissələrdə də hesab dəyişməyib və qalib penaltilər seriyasında bəlli olub. Paraqvay penaltilərdə 4:3 hesabı ilə qalib gəlib.

Paraqvay millisi 1/8 finalda Fransa - İsveç cütlüyünün qalibi ilə qarşılaşacaq. Almaniya isə turnirdə mübarizəni dayandırıb.