2025-ci ilin büdcə layihəsi Milli Məclisə təqdim edildi

16-10-2024, 12:40 - İqtisadiyyat

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib.