Belarusun Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana səfərə gəlib

25-09-2024, 08:20 - Siyasət

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Pavel Muraveyko "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 25-də Bakıya gəlib.
Səfər çərçivəsində Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirə olunması məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.