Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhidin dəfn tarixi məlum olub.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, sentyabrın 26-da Alıyev Vaqif Sərdar oğlu Gəncə şəhəri Şəhidlər Xiyabanında, Quliyev Mirzəli Müslət oğlu Xocavənd rayonu, Qaradağlı kəndi Şəhidlər Xiyabanında dəfn olunacaqlar.
