Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılışı ilə bağlı paylaşım edib

29-05-2025, 00:45 - Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılışı ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, dövlət başçısı paylaşımında yazıb:

“Qardaşım İlham Əliyevlə birlikdə bu gün açılışını etdiyimiz, Türkiyə – Azərbaycan dostluğunun, qardaşlığının nişanələrindən biri olan Laçın Hava Limanımız Can Azərbaycana və bölgəmizə xeyirli, uğurlu olsun”.