20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlkər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əfər çərçivəsində xarici işlər nazirinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.
Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.