Prezident İlham Əliyev Pezeşkianı Azərbaycanda keçiriləcək ECO Sammitinə dəvət edib

26-06-2025, 12:00 - Siyasət

Xəbər verildiyi kimi, İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə bir daha dəvət edib.