Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfər gəlib

3-07-2025, 15:10 - Siyasət

Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğızıstan Prezidenti Sadır Japarovu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.