Azərbaycanın Bəhreyndə səfirliyi açılacaq

3-09-2025, 14:45 - Siyasət

Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi komitədə müzakirə ediləcək.