İtaliyanın Baş naziri COP29-da iştirak edəcək

11-11-2024, 02:30 - Siyasət

İtaliyanın Baş naziri Ciorcia Meloni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası açıqlama yayıb.

Baş nazir Ciorcia Meloninin rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 13-də Bakıya gəlməsi gözlənilir.