Belçikanın Baş naziri Azərbaycana səfərə gəlib

11-11-2024, 02:35 - Siyasət

Belçika Krallığının Baş naziri Aleksandr De Kro noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşılayıblar.